EN

Naxçıvanda daha bir federasiya LƏĞV EDİLİB

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.

İdman.biz APA-ya istinadən xəbər verir ki, federasiya fəaliyyətini dayandırıb və ləğv olunub.

Eyni zamanda, muxtar respublikada Azərbaycan Karate Federasiyasının nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri isə Nəriman Quliyev təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılmışdı.

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.

İdman.biz

Chosen
13
15
idman.biz

10Sources