EN

ABŞ İrəvanın “demokratik yol”dan sapması ehtimalına qarşı tədbir hazırlayır

ABŞ Dövlət Departamenti rəsmi İrəvanın “demokratik yol”dan sapmasının qarşısını necə almaq barədə düşünməyə başlayıb.

Musavat.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan daxil olan məlumatda deyilir.

“Amerikalılar İrəvanın qondarma demokratik yoldan çıxmasının qarşısını necə almağı düşünürlər. Onlar çıxış yolunu öz sübut olunmuş əlaltıları ilə Ermənistanda fəaliyyət göstərən “kifayət qədər etibarlı olmayan” hakimiyyət vertikalını “gücləndirməkdə” görürlər. ABŞ-nin qlobalist demokratikləşdirmə dairələrində Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası”, Levon Şirinyanın “Xristian Demokratik Partiyası” belə hesab olunur”, - hesabatda qeyd edilir.

Qeyd edək ki, bundan əvvəl də Qərbdə Nikol Paşinyana alternativ qüvvə axtardığı barədə informasiyalar yayılıb.

Musavat.com

Chosen
9
musavat.com

1Sources