EN

KTMT-nin baş katibi Rusiyaya ATACMS hücumları ilə bağlı vəziyyəti şərh edib

Rusiya Federasiyası hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Rusiya ərazisinə ATACMS raket hücumları ilə bağlı dəstək tələb etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a müsahibəsində bildirib.

“Kollektiv Təhlükəsizlik Sazişi çərçivəsində yardımın, o cümlədən hərbi yardımın göstərilməsi iştirakçı dövlətin müraciəti əsasında həyata keçirilir. Hazırda Rusiyadan belə bir müraciət olmayıb”, - deyə baş katib qeyd edib.

Bundan başqa, Tasmaqambetov vurğulayıb ki, ATACMS zərbələri ilə bağlı ayrıca məsələ KTMT iclasının gündəliyində deyil, lakin təşkilat üzvləri təşkilatın bütün məsuliyyət zonasında təhlükəsizlik vəziyyətini müzakirə etməyi planlaşdırırlar.

Chosen
27
operativmm.az

1Sources