EN

Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirə kitabında Ərdoğanla görüşündən yazdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyanın keçmiş ilk və yeganə qadın kansleri Angela Merkelin "Freedom: Memoir 1954-2021" ("Azadlıq: Memuarlar 1954-2021") adlı xatirə kitabı işıq üzü görüb.
Kitabda kanslerlik dövründə apardığı siyasi danışıqlardan bəhs edən keçmiş nazir 2005-ci ildə vəzifəyə gəldikdən sonra 12 dəfə səfər etdiyi Türkiyəyə və beynəlxalq iclaslarda Prezident Rəcəb Tayyib Ərdoğanla baş tutan çoxsaylı görüşlərinə geniş yer ayırıb.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Merkelin Ərdoğanla Mabeyn Köşkündə görüşü və oturduqları taxtla bağlı yazdıqları diqqət çəkib.
Kitabın 528-ci səhifəsindən başlayaraq, Merkel xüsusilə 2015-ci ildəki mühacir böhranından sonra Ərdoğanla təmaslarından və xatirələrindən danışır. 25 sentyabr 2015-ci ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Zirvə toplantısında Türkiyə prezidenti ilə görüşdüyünü və mühacirlərlə bağlı ortaq işçi qrupu yaratmaq qərarına gəldiklərini bildirir. Merkel, həmçinin, 18 oktyabr 2015-ci ildə İstanbula səfərindən və Ərdoğanla yanaşı, ozamankı dövlət başçısı Əhməd Davudoğlu ilə görüşündən də yazıb.
Kansler İstanbul səfəri çərçivəsində Yıldız Sarayında Rəcəb Tayyib Ərdoğanla görüşünü belə xatırlayır:
"İstanbul səfərimdə Ərdoğanla görüşümüz zamanı əyləşdiyimiz iki stul, daha doğrusu, iki qızıl taxt Almaniyada müzakirə mövzusu olmuşdu. Birində Ərdoğan, digərində mən oturdum. Təkcə fotoqrafların şəkil çəkməsi üçün deyildi, söhbətimiz zamanı da bu stullarda oturmuşduq. Bunların əla olduğunu düşündüm. Türkiyə ilə qaçqınlar məsələsinə dair bir müqavilə imzalamaq üzrə idik".
Chosen
23
6
oxu.az

7Sources