EN

Azərbaycanda 4,5 milyonluq şirkət ləğv edildi

Geyim və moda brendi kimi fəaliyyət göstərən "Christian Dior Couture” Azərbaycandakı şirkətinin ləğv olunduğunu elan edib.

Aktual.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2013-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 milyon 350 min avro olan şirkətin qanuni təmsilçisi isə Vincent Simon Pierre Bernarddır.

Chosen
9
43
ulusum.az

10Sources