EN

TƏBİB Qarabağ qazisinin şikayətinə baxmayıb – VİDEO

Ucar rayonun Alpı kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili
Rüstəmov Səfər Mikayıl oğlu redaksiyamıza şiakyət edərək, Ucar Mərkəzi Xəstəxanasında onunla kobud davranıldğını bildirib. Tribunainfo.az-ın elektron poçtuna göndərdiyi məktubunda Qarabağ Qazisi bildirib ki, anası xəstə olduğundan onun ultramüayinə etmək üçün xəstəxanaya aparıb.
Lakin orada ultrasəs müayinəsi həkimi İlahə Ağayeva onunla kobun davranmaqla yanaşı, həm də müayinə etməyəcəyini bildirib. “Mən dəfələrlə onun səsini aşağı salmasını, asta tonla danışmasını xahiş etsəm də xyeri olmadı. Məcbur qalıb Göyçay Mərkəzi Xəstəxanasına gedib, anamı orada müayinə etdirdim”.
Səfər Rüstəmov yazır ki, bununla bağlı TƏBİB-ə həkimdən şikayət edib. Lakin üzərindən bir xeyli keçməsinə baxmayaraq, şikayətinin araşdırılmadığını görərək, sözügedən qurumla əlaqəs axlayıb. “Mən şikayətə xaılmamasının səbəbini soruşduqda TƏBİB-dən dedilər ki, guya, mən İlahə Ağayevadan etdiyim şikayəti geri götürdüyümü bildirmişəm və bu barədə xəstəxananın rəhbərliyinə də məlumat vermişəm. Bunun yalan olduğunu bildirsəm də, araşdırma aparılmayacağını vurğuladılar”.
Qarabağ qazisi onu da bildirir ki, Ucar Mərkəzi Xəstəxanasından TƏBİB-ə onu da bildiriblər ki, guya, onun anasını elə İlahə Ağayeva müayinə edib, ultrasəs aparatından keçirib.
Ucra sakini sonda bildirib ki, təkcə o yox, bir çox qazilər də sözügedən həkimdən narazıdırlar və şikayət ediblər. Yaxın günlərdə bir qrup qazinin şikayət məqsədi ilə TƏBİB-ə gedəcəklərini də qeyd edib.
Bildirək ki, Səfər Rüstəmov 44 günlük müharibədə Şuşa yaxınlığında gedən döyüşlərdə ağır yaralnıb. Bu səbəbdən də ona əlillik dərəcəsi verilib.

Chosen
15
1
tribunainfo.az

2Sources