EN

“Christian Dior” Azərbaycandakı şirkətini ləğv etdi » AzadMedia.az


Dünyada məşhur geyim və moda brendi olan “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata əsasən, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən brend Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. “Christian Dior”un nizamnamə kapitalı 4 milyon 350 min avrodur.
Chosen
3
31
azadmedia.az

10Sources