“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda PSJ-yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Almaniya nəhəngi doğma meydanda qarşılaşdığı Fransa çempionunu 1:0 hesabıyla məğlub edib.
Münhen təmsilçisinin belçikalı baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ən vacibi komandamın nə etdiyidir. Birinci hissədə bərabər gücə malik heyətlərlə oynayanda təpkidə güclü idik və çoxlu top qazana bildik. Oyuna yaxşı başladıq.
Çempionlar Liqasının Münhen finalı? Azarkeşlər üçün bunu qeyd etmək vaxtıdır. Bu, uzun bir yoldur, bu il isə bu, daha uzun səyahətdir. Qarşıda oyunlarımız var və diqqətimizi onlara yönəldəcəyik”, deyə Vensan Kompani məmnunluqla vurğulayıb.
5 turdan sonra 9 xal toplamış “Bayern” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 11-ci pillədə qərarlaşıb. PSJ isə 4 xalla 26-cı pillədədir.