EN

Müdafiə Nazirliyinin "Dayı" ləqəbli vəzifəlisi hakim qarşısında

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyevin işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, toplanan materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.4-cü (Rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. İşə hakim Mikayıl Məmmədzadənin sədrlik etdiyi heyət tərəfindən baxılacaq.

 

Xatırladaq ki, bu ilin martında Alı İsrayıl oğlu Əliyevin vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunmuş və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdi.

 

Mətbuatda yayılan məlumata görə, “Dayı” ləqəbi ilə tanınan Alı Əliyev ilin əvvəlində Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub.

Chosen
18
5
modern.az

10Sources