EN

Bayden Ukrayna ilə bağlı gizli şəkildə konqresə müraciət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ rəhbəri Co Bayden gizli şəkildə konqresdən Kiyevə hərbi yardım üçün əlavə 24 milyard dollar məbləğində vəsait və daha əvvəl Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş silahların müqabilində ABŞ-nin silah ehtiyatlarının artırılmasını istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev ehtimal edir ki, Konqres əvvəllər Ukrayna ordusuna göndərilmiş silahların müqabilində silah ehtiyatlarının artırılması üçün 16 milyard dollar ayıracaq. Ukrayna üçün silah istehsalı ilə bağlı hərbi-sənaye şirkətləri ilə müqavilələr bağlanmasına daha 8 milyard dollar ayrılması təklif edilir.
ABŞ Administrasiyası ümid edir ki, bu xərclər federal qurumların maliyyələşdirilməsinin davam etdirilməsi üzrə qanun layihəsinə daxil ediləcək. Belə bir sənəd dekabrda qəbul oluna bilər.
Qeyd edək ki, noyabrın 26-da ABŞ-nin dövlət katibi Antoni Blinkenin bildirdiyinə görə, Bayden Administrasiyası 2025-ci ildə Rusiya ilə münaqişənin davamı üçün Ukraynanın bütün lazımi vəsaitləri alması istiqamətində əlindən gələni edəcək.
Chosen
9
2
oxu.az

3Sources