EN

COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edib

Bakı. Trend:

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)günlərində İçərişəhər və Qala Qoruğu, qonaqların ən çox ziyarətetdiyi və maraq göstərdiyi məkanlardan olub.

Bu barədə Trend-ə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində İçərişəhər və Qala qoruqlarındafəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turistik yerlər12000-dən artıq yerli və xarici turist tərəfindən ziyarətedilib.

Muzeylərin xarici ölkələrdən olan ziyarətçiləri arasında başlıcayerləri Rusiya, Çin və Hindistan vətəndaşları alıb. İçərişəhərinUNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan QızQalası və Şirvanşahlar Sarayı, o cümlədən Sıratağlı Dini-MemarlıqKompleksi, Bəylər məscidi və Yeraltı hamam turistlər tərəfindən ənçox ziyarət edilən yerlərdən olmuşdur.

Qala Qoruğunda isə qonaqlar, yalnız Abşeronun qədim tarixi vəmemarlıq abidələri ilə tanış olmaqla kifayətlənməyib, buradafəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyi və Qurama sərgisinədə maraq göstəriblər.

Məqalədə:
Chosen
2
9
az.trend.az

10Sources