EN

Türk dövlətlərinin elektron ticarət platforması yaradılır

Fins.az - Türk dövlətlərini vahid məkanda birləşdirəcək elektron ticarət platforması yaradılır.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov məlumat verib.

Onun sözlərinə görə, ASK Azərbaycanı Türk Ticarət Palatasında təmsil edən təşkilat qismində çıxış edir və Palata nəzdində türk dövlətlərinin iş adamlarını birləşdirən bir çox digər platformalar mövcuddur.

“Bizim Palatada apardığımız işlərdən biri də elektron ticarət platformasının yaradılmasıdır. Daha öncə “Turkish Business” adlandırılan bu platformanın fəaliyyəti dayandırılaraq yenidən qurulması işlərinə başlanılıb. Bu istiqamətdə işlərin yaxın bir il ərzində tamamlanması nəzərdə tutulur”, - V.Zeynalov qeyd edib.

Chosen
3
2
fins.az

3Sources