EN

Azərbaycan Kələğayısı Günü münasibəti ilə konsert keçirilib

Noyabrın 26-da "Azərbaycan Kəlağayısı Günü" konsert proqramı ilə qeyd olunub. Konsert, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutunun dəstəyi ilə Suraxanı rayonunda, Qurban Abbasov adına Mədəniyyət Sarayında keçirilib.

Tədbirdə, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri və Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, 2024-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi olaraq, Azərbaycan mədəniyyətinin çoxəsrlik incələrindən olan kəlağayını hər tərəfdə işıqlandıran çox saylı sərgi və konsertlər keçirərək qeyd etdik. Keçirilən tədbirlər Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək, xüsusilə kəlağayının UNESCO qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyini qeyd etmək ilə bağlıydı. Yaşıl Dünya Naminə Həmrəylik ili çərçivəsində keçirilən bu tədbirlər, təbiətin və mədəni irsin qorunmasına dair çağırışlar etməklə yadda qaldı. Bu layihə, Azərbaycanın yaşıl sərvətlərini və mədəni irsini qorumaq adına atılan vacib addımlardan birinə çevrildi. Bu tədbirlər, yalnız bir mədəniyyətin deyil, həm də bir xalqın tarixini yaşatmaq, gələcək nəsillərə miras qoymaq və dünyanın müxtəlif guşələrindəki mədəniyyətsevərlərə çatdırmaq məqsədini güddü.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Vüsal Sehran oğlu, politoloq və yazıçı Reyhan Mirzəzadə çıxış edərək bildiriblər ki, Kəlağayı, Azərbaycanın ənənəvi zərgərlik sənətinin bir parçası olaraq, 2014-cü ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu unikal sənət forması, qədim dövrlərdən bu yana Azərbaycan qadınları tərəfindən toxunmuş və tərtib edilmiş kəlağayı şallarının, eləcə də onların yaradılmasında istifadə olunan texnikaların qorunub saxlanılmasını təmin edir. UNESCO-nun bu statusu, kəlağayının yalnız bir zərgərlik sənəti kimi deyil, həm də Azərbaycan xalqının mədəni irsi və kimliyinin ayrılmaz bir hissəsi olaraq dünya səhnəsində tanınmasını təmin edir.

Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva, Aşıq Gözəl Kəlbəcərli, ''Nənə'' qızlar ansamblı,  Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Röya və Amin, Aşıq Ramin Qarayev, Mirvarid Dilbazi Poeziya Məclisinin şairləri, gənc aşıq Nərmin Cəlal, Aşıq Əli Zeynalabdinov, Aşıq Rəfiqə Göyçəli, Aşıq Rəvanə, Aşıq Fikrət, Aşıq Nəcəf Kəlbəcərli öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar.

Konsert proqramında kəlağayı və vətənpərvərlik mövzusunda rəsm əsərləri, qədimi və müasir kəlağayıların sərgisi təqdim edilib. Güllü Eldar Tomarlının əl işləri və yaşıl dünyanı özündə əks etdirən sənət əsərləri sərgilənib. Bu sərgi və tədbirlər, kəlağayının zəngin mədəniyyətini və tarixi əhəmiyyətini daha geniş auditoriyaya təqdim etməyi hədəfləyir.

Chosen
1
2
xalqqazeti.az

3Sources