EN

Həbsdən çıxan kişi qızı ilə cinsi əlaqədə oldu: Arvadı onun məhkum yoldaşına ərə getdi — TƏFƏRRÜAT

İsmayıllı rayonunda 1980-cı il təvəllüdlü Teymur yetkinlik yaşına çatmayan qızı Xədicə (adlar şərti göstərilib – red.) təcavüz edib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Teymur 2022-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunaraq İsmayıllı rayonunun kəndində yerləşən evinə qayıtdıqdan sonra həmin evdə onunla birlikdə yaşayan və himayəsində olan  qızı Xədicənin on altı yaşına çatmadığını, 13 yaşı olmasını bildiyi halda 2022-ci ilin iyul ayının sonlarında, gecə vaxtı, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun kəndində yaşadıqları evin yataq otağında yatan qızının yanında uzanıb. 

Teymur öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Xədicənin döşlərinə və bədəninin müxtəlif nahiyələrinə toxunub, habelə intim yerini onun bədəninə toxundurub, qəsdən seksual xarakterli hərəkətlər edib. 

Bundan sonra Teymur öz cinayətkar niyyətini davam etdirib, təkrarən 2022-ci ilin iyul ayının sonlarında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda, təqribən saat 22-23 radələrində yataq otağında yerdə döşək üzərində yatan qızının yanında uzanıb, öz cinsi ehtirasını təmin etmək məqsədi ilə ona qarşı seksual hərəkətlər edib. 

O, cinsi əlaqədə olub və seksual xarakterli digər hərəkətlər edib. 

Daha sonra o, öz cinayətkar niyyətini davam etdirib təkrarən 2022-ci ilin iyul ayının sonlarından 2023-cü ilin dekabr ayının sonlarına kimi olan müddət ərzində Xədicə ilə cinsi əlaqədə olub. 

Xədicə ilə mütəmadi olaraq qəsdən cinsi əlaqədə olub, seksual xarakterli digər hərəkətlər edib. 2024-cü ildə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müayinə zamanı onun 34 həftəlik hamilə olması müəyyən edilib.

Hadisəni törədən Teymurun barəsində Cinayət Məcəlləsinin 152.4.1-cü (on altı yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, Xədicə onun qızıdır, onunla birlikdə yaşamışdır: 

“Xədicəni məktəbə göndərmişəm, namaz qılmağı öyrətmişəm. 2018-ci ildə həbsdə ola-ola arvadım mənim türmə yoldaşıma ərə getdi. Həmin vaxt Samirə mənim nikahlı arvadım olub. Həbsdən çıxandan sonra öz evimə gəlmişəm və Samirənin anasına zəng edərək uşaqlarımı görmək istədiyimi bildirmişəm. Yoldaşım Samirə məni biabır edirdi. Mənim məhkum yoldaşım ilə birlikdə həbsxananın qarşısına gələrək fırlanırdı. Bütün məhkumlar bunu gördü. Həbsdən çıxdıqdan sonra Samirə ilə münasibətim olmayıb. Sonra uşaqlarımı yanıma gətirdim. İşləyərək onlara baxmağa başladım. Heç vaxt spirtli içki içməmişəm və narkotik istifadə etməmişəm. Ailəm mənim azadlıqda olmağımı istəmirdi. Xədicə məktəbə gedib-gəldiyini deyirdi. Mən əgər ona qarşı əxlaqsız hərəkət etmiş olsaydım, necə məktəbə göndərə bilərdim? 

Belə bir hal qeyri-mümkündür. İndiyə kimi heç bir qadının arxasınca getməmişəm. Mən şərəfsiz biri deyildim ki, qızıma qarşı seksual hərəkətlər edim. Sözügedən hadisəni mən törətməmişəm. Uşağın qan analizi alınsın və nəticələri məhkəməyə gəlsin. Mənim də qanımdan analiz alınsın. Çünki mənim qanımda bir-neçə xəstəlik var. Həmin xəstəlik görək onun qanında çıxırmı? Xədicənin ifadəsində göstərdikləri yalandır. Mən elə əxlaqsız hərəkət etməmişəm. Ümumiyyətlə mən ona qarşı əxlaqsız hərəkət etməmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, uşağın kimdən hamilə qaldığını anası yaxşı bilib: 

“Xədicəni öyrədən anasıdır. Uşaq anasıgilə gedib-gəlib. Nə olubsa orada olub. Xədicə ilə bir yerdə qalmışam. Xədicə mənim otağımda qalırdı. Xədicə ilə ayrı-ayrı yataqlarda yatmışıq. Xədicənin daima evdə görürmüşəm. Xədicənin qarının böyüdüyünü görməmişəm. Xədicənin qarnının böyüməsi bilinmirdi. Uşağın atasının kim olması barədə işdəki ekspert rəyi ilə tanış olmuşam. Həmin rəyə şübhə edirəm və inanmıram. Genetik ekspertiza rəyinə inanmıram. Uşağın atasının kim olduğunu bilmirəm. Xədicə ilə münasibətim yaxşı olub. 

Xədicənin məni şərləmə səbəbi anasıdır. Məhkum yoldaşım onun evində qalıb. Qızı olan evə məhkum yoldaşımı gətirib. Məhkum yoldaşım ilə Xədicə fərqli otaqlarda qalıvlar. Elə vaxt olub ki, evdə olmamışam. Lakin məhkum yoldaşım ilə Xədicə eyni evdə olub. Özüm namaz qılan olmuşam və qızıma namaz öyrətmişəm. Qızım namaz qılıb məni şərləyir, çünki anası belə öyrədib. Mən onun qarnının böyüməsini görməmişəm. Uşağın atasının kim olduğunu bilmirəm. İbtidai istintaq zamanı verdiyim ifadəni xatırlayıram. Həmin ifadəni təzyiq altında vermişəm. Polis əməkdaşları məni döyərək, etiraf edici ifadə alıblar. İbtidai istintaq zamanı ifadə verən vaxt işgəncəyə məruz qalmışam. Elan etdiyiniz ifadəni təzyiq altında vermişəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xədicənin sözlərinə görə, yaşadığı evdə ondan başqa atası, nənəsi, 2016-cı il təvəllüdlü qardaşı ilə birlikdə yaşayır: 

“2016-cı ildə atam cinayət etdiyi üçün həbs edildi və ona 6 il azadlıqdan məhrumetmə cəzası təyin edildi. Atam həbs olunan vaxt anam Samirə bizimlə birlikdə yaşadı. Atam cəzaçəkmə müəssisəsində olan zaman 2019-cu ilin noyabr ayında anam bildiyimə görə dolanışığımızın ağır olmasını bəhanə edərək məni və qardaşım Səlimi götürərək Ağsu rayonunun kəndində yaşayan babam Vaqifin yaşadığı evə apardı. Mən həmin vaxt kənd məktəbində 4-cü sinifdə oxudum. Buna görə də dərslərimdən qalmalı oldum. Mən və qardaşım babam və nənəmin yanında təxminən 1 həftəyə qədər qaldıq. Sonra isə anam məni və qardaşımı hansısa səbəbdən Binəqədi rayonu Sulutəpə qəsəbəsinə apardı. Biz orada həyət evində kirayə yaşamağa başladıq. Həmin vaxtlar anam Samirənin Sərxan adlı şəxslə yaxın münasibətdə olması mənə məlum oldu. Sərxan tez-tez anamın yanına, bizim yaşadığımız evə gəlib. Sərxan hər dəfə evimizə gələndə ərzaq və digər əşyalar gətirdi. Sərxan adlı şəxs anam ilə birlikdə məni Sulutəpə qəsəbəsində məktəbə düzəltdi. Mən orada 4-cü sinifdə təhsilimi davam etdirməyə başladım”. 

Xədicə qeyd edib ki, Sulutəpə qəsəbəsində 2 il yaşayıb, 5-ci sinfi Sulutəpə qəsəbəsində məktəbdə oxuyaraq bitirib və anası 5 aylıq hamilə olduğundan Sərxan adlı şəxslə birlikdə Xətai rayonunda Əhmədli qəsəbəsində bina evində kirayə yaşamağa başlayıblar: 

“Sonra isə Ağsu rayonunun kəndində yaşamağa başladılar. Anam 1 uşaq dünyaya gətirdi. Həmin uşaq anamın dediyinə görə Sərxan adlı şəxsdən olub. 2022-ci ilin iyun ayında atam cəzaçəkmə müəssisəsindən azadlığa çıxdı. Həmin vaxt mən, anam və qardam Ağsu rayonunda yaşayırdıq. Atam nənəmə xəbər edərək bizi kəndə gətirməsini dedi. Nənəm ilk əvvəl qardaşım Vaqifi, 2 həftə sonra isə məni kəndə gətirdi. Artıq mən aybaşı olmuşam və xəstlənmişdim. Artıq cinsi həyatı başa düşdüm. Biz bir otaqda yerdə döşək üzərində yatırdıq. Biz atabala kimi qucaqlaşaraq yatırdıq. Mən də atama ata sevgimi bildirdim. Başqa hər hansı bir intim münasibət fikirləşməmişdim. Bir həftə atam məni qucaqlayaraq yatıb. Artıq atamın əlini döşlərimə və müxtəlif intim nahiyələrimə toxundurduğunu, həmçinin cinsi orqanımı toxundurduğunu hiss etdim. Atam mənə bu barədə heç kimə deməməyimi, əks halda məni döyəcəyini dedi. Mən də qorxduğum üçün bu barədə heç kimə deməmişəm. Mən kənddə olarkən atam Ağsu rayonunun kəndində yaşayan anam ilə danışmamağı dedi. Bu səbəbdən də anam məndən küsdü”. 

Xədicə qeyd edib ki, 2022-ci ilin iyul ayının axırlarında dəqiq tarixini xatırlamadığı gündə o, gecə vaxtı saat 22-23 radələrində yerdə yatarkən atası Teymur yenə də gələrək onun yanında yatıb: 

“Həmin vaxt nənəm, qardaşım otaqda yatıblar. Yay ayı olmasına baxmayaraq mənim əynimdə qolsuz kofta, həmçinin tuman olub. Atam mənə yaxınlaşaraq qucaqladı, məni öpməyə, əllərini bədənimin müxtəlif nahiyələrinə toxundurmağa başladı. Mən istəməsəm də, atam mənə sakit olmağımı dedi. Atam alt paltarımı əynimdən çıxartdı, özü də paltarlarını çıxardı. Lakin əynində mayka oldu. Atam mənimlə cinsi əlaqədə oldu”. 

Xədicə bildirib ki, 2022-ci ilin iyul ayından 2023-cü ilin iyun ayına qədər onunla mütəmadi olaraq atası Teymur onun istəyi ilə onunla cinsi əlaqədə olmağa başlayıb: 

“2023-cü ilin may ayında atam ilə bir yerdə cəzaçəkmə müəssisəsində cəza çəkən əslən Şəki rayonundan olan türmə yoldaşı Rasim adlı şəxs evimizə gəldi və 7 iyun 2023-cü ilə qədər bizimlə qaldı. İyunun 7-də atam Teymur və Rasim adlı şəxs Şəki şəhərinə getdilər. Rasim və atam evdə qaldığı müddətdə ayrı otaqda bir yerdə qalırdılar. Sonuncu dəfə həmin ilin iyunun 18-də  aybaşı oldum. Lakin sonrakı aylarda artıq aybaşı olmadım. Bu barədə atama dedım. Atam mənə “ola bilər xəstəliyin gecikir, bu yaxınlarda olarsan” dedi. Mən hamilə olduğumu bilmədim. Artıq 2023-cü ilin oktyabr ayında qarnımın böyüdüyünü gördüm və hamilə olduğumu başa düşdüm. Bu barədə atam Teymura danışdım. Teymur mənə hədə gələrək, “səni xəstəxanaya apara bilmərəm, işin üstü açılar, səndən gələcəkdə kimsə bu barədə soruşarsa deyərsən ki, türmə yoldaşım Rasim mənimlə cinsi əlaqədə olub” dedi. Bu səbəbdən məktəbə gedərkən məktəb şagirdlərin və müəllimlərin hamilə olduğumu bilməmələri üçün əynimdə olan üst paltarımı əynindən çıxartmamışam”. 

Xədicənin ifadəsinə görə, 14 fevral 2024-cü ildə məktəbdə tədbir keçirilərkən əynindən paltarını çıxarmaq istəməsə də müəllimlərin təkidi ilə paltarını əynindən çıxardıb: 

“Bu zaman müəllimlər məni tədbirdən kənara çağıraraq qarnımın hansı səbəbdən böyüməsini, paltarı əynimdən çıxartmaq istəməməyimin səbəbini soruşdular. Mən də müəllimələrə hamilə olduğumu, atamın türmə yoldaşı Rasim adlı şəxsin mənimlə cinsi əlaqədə olduğunu dedim. Buna baxmayaraq atam Teymur yenə də onun istəyi ilə mənimlə təbii yolla cinsi əlaqədə oldu. Sonuncu dəfə atam mənimlə 2023-cü ilin dekabr ayına qədər cinsi əlaqədə olub. 15 fevral 2024-cü ildə icra hakimiyyətinin işçiləri yaşadığımız evə gəldilər və məni müayinə etmək üçün İsmayıllı rayon mərkəzi xəstəxanasına gətirdilər. Müayinə zamanı 34 həftəlik hamilə olduğum müəyyən olundu”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Teymur 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, həmçinin 2 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi məsul və tərbiyə etməklə əlaqədar vəzifə daşımaq hüququndan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az
Chosen
4835
demokrat.az

1Sources