Bakı. Trend:
Milli Məclisdə “Gömrük tarifi haqqında” Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Trend xəbərverir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilənplenar iclasında müzakirəyə çıxarılıb.
Yeni dəyişikliklərə görə, qanuna müəyyən əlavələr edilir.
Dəyişikliyə əsasən, gömrük rüsumları üzrə güzəştlərin vəazadolmaların qiymətləndirilməsi - Gömrük rüsumları üzrə güzəştlərvə azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirininqiymətləndirilməsi məqsədilə, bu güzəştlər və azadolmalar müvafiqicra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydadatəsnifləşdirilir.
Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində fərdisahibkarlar və hüquqi şəxslər tərəfindən texnika, texnolojiavadanlıqlar və qurğuların, həmçinin xammal və materialların idxalıgüzəştli olacaq. Bu güzəştlər, “Dövlət-özəl tərəfdaşlığı haqqında”Qanuna əsasən bağlanmış müqaviləyə uyğun olaraq 30 ildən çoxolmamaq şərti ilə tətbiq edilir. Elektrik enerjisi istehsalı iləbağlı layihələrdə iştirak edən fərdi sahibkarlar və hüquqi şəxslərtərəfindən texnikaların və avadanlıqların idxalı da müəyyəngüzəştlərlə həyata keçirilir. Bu güzəştlər, bərpaolunan enerjimənbələrindən istifadə üzrə müqavilələrə əsaslanacaq və 30 ildənartıq olmamaq şərti ilə tətbiq edilir. 2025-ci ildən etibarən,hüquqi şəxslər tərəfindən avtobusların ehtiyat hissələrinin idxalıda müəyyən güzəştlərlə həyata keçirilir və bu güzəştlər 8 ilmüddətinə tətbiq edilir.
Bu dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.