Prezident Rəcəb Tayyib Ərdoğan 10-cu Dünya Halal Sammitinə video müraciət göndərib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan sammitin yeni tərəfdaşlıqlara yol açacağını deyib.
Prezident, müzakirələrin yeni üfüqlər açacağına inandığını da qeyd edib:
\"Ölkəmizi qlobal istehsal bazasına çevirəcəyik, çalışan hər kəsə dəstək olmağı özümüzə borc bilirik\".
Qida təhlükəsizliyi ilə bağlı tənzimləmələr etdiklərini və istehlakçıların sağlamlığını qorumaq üçün kritik addımlar atdıqlarını vurğulayan prezident:
\"Türk Qida Kodeksini diqqətlə tətbiq edirik\"-, deyə bildirib.
Həmin video müraciəti təqdim edirik:
Oksana