EN

"Ödənişlər 2-3 dəfə artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq" - Komitə sədri

"Dövlət Məşğulluq Agentliyi Qarabağa qayıdacaq 130 min insanın 73 faizinin ixtisassız olduğunu bildirir. Məzunlar və peşə məktəbləri arasındakı qeyri-mütənasibliyi aradan qaldırmalıyıq. Hər birimiz adi məişət problemini həll edərkən, yaxşı usta, dülgər, bənna, yaxud inşaat mühəndisi axtarırıq. Beləliklə, 100 minlərlə insanı işsiz kateqoriyasından çıxarmaq üçün onları müxtəlif peşə və ixtisaslara sahib etsək, nəticədə, yüksək gəlirləri olan vətəndaşlar öz gələcək sosial ödənişlərini özləri formalaşdıracaq".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

"Veteranlarla bağlı hər kəs təklif edir ki, müavinətlər kommunal tariflərə uyğunlaşdırılsın. Ödənişlər iki, üç dəfə də artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq. Əsas məsələlərdən biri veteranlara müxtəlif aktivlər və birdəfəlik köməkliklər göstərib onları aktiv bir şəkildə əmək bazarına qaytarmaqdır. O zaman müqəddəs müharibə iştirakçılarımız, hər birimizin borclu olduğumuz döyüşçülər, gənc yaşlarından başlayaraq həm də mülki həyatda öz layiqli yerlərini tutacaqlar və öz gələcəklərini formalaşdıra biləcəklər. Dövlətin ali məramı əmək resurslarını artırmaqdır", - deyə komitə sədri bildirib.

Chosen
8
1
adalet.az

2Sources