Balıkəsirdə Ayvalık rayonunda qeyri-qanuni yollarla Yunanıstana getmək istəyən 25 xarici ölkə vətəndaşı tutulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Cunda adasındakı Sahil Təhlükəsizlik Komandanlığına gətirilən mühacirlərə qida, içki, dərman və tibbi ləvazimat kimi humanitar yardımlar edilib.
Qeyd edilib ki, xarici vətəndaşlar haqqında qanuni prosedurlar aparılır.