EN

AYİB: “Azərbaycanda iqtisadi artım sürətlənib, inflyasiya templəri isə azalıb”

2024-cü ildə Azərbaycanda iqtisadi artım sürətlənib, inflyasiya templəri isə azalıb. Bu ilin ilk yarısında real ÜDM illik müqayisədə 4,3 faiz artıb ki, bu, davamlı real gəlir artımı və güclü dövlət infrastruktur investisiyaları ilə dəstəklənib.

Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Transition Report” adlı hesabatı çərçivəsində hazırlanan “Ölkə qiymətləndirilməsi”ndə qeyd olunub.

“Qeyri-neft sektorunun real ÜDM-i illik müqayisədə 6,8 faiz artıb, neft və qaz sektoru isə qaz hasilatının artması nəticəsində illik 0,6 faiz artım göstərib”, – hesabatda qeyd olunur.

Vurğulanır ki, inflyasiya Mərkəzi Bankın hədəf aralığında qalır. Sərt pul siyasəti və ərzaq qiymətlərinin aşağı düşməsi inflyasiyanı məhdudlaşdırıb. 2023-cü ilin göstəriciləri ilə müqayisədə 2024-cü ildə inflyasiyanın 8,8 faizdən 3,5 faizə düşəcəyi gözlənilir.

Bankın analitikləri qeyd edirlər ki, Azərbaycanın enerji məhsullarına tələbatın artması ixrac gəlirlərini dəstəkləyəcək, lakin neft və qaz qiymətlərindəki volatillik müəyyən risklər yaradır. Eyni zamanda, böyük həcmdə xarici valyuta ehtiyatları və Dövlət Neft Fondunun yüksək likvidlik buferi bu riskləri örtür.

Chosen
24
1
vergiler.az

2Sources