"KTMT-yə üzvlük toyuq deyil ki, soyuducuya qoyub, dondurub, sonra çıxarasan".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastsan" fraksiyasının deputatı Artur Xaçatryan deyib.
"Məsələyə "ya-ya da" prinsipi ilə yanaşmaq lazımdır. İndi bu səlahiyyətlilər deyir ki, biz şaxələndiririk. Hansı istiqamətdə diversifikasiya etmək istəyirlər, o istiqamətdən heç bir reaksiya gəlmir. NATO-nun gəl bizimlə hərbi təlimlərdə iştirak et dediyini də görməmişik
KTMT-yə belə getmirlər, çünki məncə, Azərbaycan buna icazə vermir. Azərbaycan bəyan edib ki, Ermənistan hərbi potensialını artırmaq üçün addımlar atan kimi biz də əks addımlar atacağıq. İstisna etmirəm ki, onlar Azərbaycana ağır söz deməkdən çəkinirlər.
Roma nizamnaməsi ilə bağlı Azərbaycandan qorxurlar, ona görə də yalan danışırlar, aldadırlar, vədlərinə əməl etmirlər. Daha çox deyim ki, Azərbaycanın təzyiqi ilə bu yaxınlarda Paşinyan ikitərəfli qaydada iddiaları geri götürmək niyyətində olduqlarını açıqladı", - deyə müxalifətçi deputat bildirib.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az