“Zaporojye vilayətində elektrik enerjisi təchizatı tam bərpa olunub”.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, “Tavria-Enerqo” Dövlət Unitar Müəssisəsinin və “Rosseti” PJSC-nin mütəxəssisləri Zaporojye vilayətində elektrik təchizatının bərpasını başa çatdırıblar:
“Elektrik enerjisinin müvəqqəti kəsilməsi nəticəsində 457 yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunmayıb, elektrik enerjisinin kəsilməsi 584 min nəfərə ziyan vurub. Elektrik enerjisinin kəsilməsi bölgənin kritik infrastrukturunun fəaliyyətinə təsir göstərməyib”.
Zeyd Bağırzadə