EN

Elvin Məmmədov Cavid Hüseynovun köməkçisi təyin edilsə də...

Bu mövsüm "Səbail"in əsas komandasını baş məşqçi kimi bir oyuna çıxaran, daha sonra Cavid Hüseynovun köməkçisi təyin olunan Elvin Məmmədov Bayıl klubunda daha bir vəzifəni icra edir.

Gənc mütəxəssis buna qədər klubun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi idi. O, əsas komandaya keçsə də, əvvəlki işini də davam etdirəcək. 

Bu barədə məlumatı Fanat.Az-a paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov çatdırıb. 

Klub rəhbərliyi onun yerinə təyinat reallaşdırmağı lazım bilməyib. Beləliklə, Elvin Məmmədov həm köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək, həm də U-19-un baş məşqçisi postunda qalacaq.

Mirağa

Chosen
8
fanat.az

1Sources