EN

“İndi az qala yeni evlənənlərin də 70 faizi boşanır” – Erkin İbrahimov Berezutskinin təyinatını riskli saydı

Vasili Berezutskinin “Sabah”a baş məşqçi təyin edilməsi böyük səs-səda doğurdu. Çoxları düşünür ki, komandanın təcrübəsiz rusiyalı mütəxəssisə tapşırılması riskli addımdı.

Bəs bu təyinat nə dərəcədə effektli olacaq?

Təcrübəli menecer Erkin İbrahimovun “Football-plus.az”a söylədikləri:

“Renduliç getməliydi, bu, təbiidi. Alınmırdı. Nəticələr, oyun, komandadakı ümumi ab-havadan hiss olunurdu ki, vəziyyət arzuolunan deyil. Amma Berezutskini məşqçi kimi tanımıram. Bilmirik ki, müdafiə, yoxsa hücum futbolu oynadır. İndiyə qədər yalnız köməkci məşqçi işləyib, hamı üçün sirli qutudu. Çox riskli seçimdi. Mövsümün ortasında belə təyinat... Yəqin ki, araşdırıb, ölçüb-biçiblər. Bir var Şahin Diniyev kimi təcrübəli məşqçi. Elə təcrübəli olmaqdansa, təcrübə sözünü unutmaq yaxşıdı. Digər tərəfdən, "Sumqayıt" nümunəsi var. Yaxından tanıdığımız Vaqif Cavadov - hansı ki, premyer-liqa səviyyəsində heç bir baş məşqçi fəaliyyəti yox idi - gəldi, "kimyaçılar"ı dirçəldə bildi. YaxudRoman Qriqorçuk Samir Abasovdan daha təcrübəli idi, ancaq onun vaxtında “Neftçi" necə çıxış edirdi, indi necə çıxış edir, görürük. Ortada böyük fərq var. Təcrübə əsas deyil, əsas məşqçi savadıdı. Yəqin ki, araşdırıb nəsə görüblər. Sadəcə, köməkçi məşqçini gətirmək riskdi. Alınsa, əla olar. "Sabah" kimi komanda mütləq avrokuboklarda mübarizə aparmalıdı, başqa yol yoxdu”.


RÖYANƏ OĞUZ

1Sources