Türkiyənin Antalya şəhərində yanan Rusiya təyyarəsinin sərnişinlərini azərbaycanlı xilas edib.
Bizim.Media xəbər verir ki, “Azimut” aviaşirkətinə məxsus sərnişin təyyarəsi noyabrın 24-də Türkiyənin Antalya şəhərində eniş edərkən alovlanıb.
Krasnodar sakini, azərbaycanlı Sultan Sultanov sərnişinləri xilas etməyə kömək edib. O, eyni reyslə uçurmuş və yanğın başlayandan sonra gənc stüardessanın təşviş içində olduğunu, təcili çıxışı aça bilmədiyini görüb. Sultan qapını açmağa kömək edib və ekipaj üzvləri ilə birlikdə uşaqları və böyükləri yanan təyyarədən çıxarıb.
“Əsl cəsarət nümunəsidir və adi bir insanın necə qəhrəman ola biləcəyi və öz həyatını riskə ataraq başqalarının həyatını xilas edə biləcəyini göstərdi. Sultanın nəcib hərəkətini qeyd etmək təklifi ilə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə müraciət etdik. Dövlət Duması adından ona cəsarətli hərəkətinə görə hörmət və minnətdarlıq əlaməti olaraq təşəkkür məktubu göndərəcəyik. Mən onun əlini sıxıram”, – deyə Dövlət Dumasının Nəzarət Komitəsi sədrinin birinci müavini Dmitri Qusev “VKontakte” səhifəsində yazıb.
Bizim.Media