Noyabrın 23-də Avropa Cüdo Federasiyası Macarıstanın paytaxtı Budapeşt şəhərində 49 ölkədən 140 nümayəndəni bir araya gətirən Avropa Cüdo İttifaqının 76-cı Konqresini keçirmişdir. SİA xəbər verir ki, konqresdə Azərbaycandan olan nümayəndələrdə iştirak etdilər. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin VII Çağırış deputatı, Gənclər və İdman Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının İdarə Heyətinin üzvü Asif Əsgərov, Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse- prezidenti Rəşad Rəsullu tədbirdə iştirak etmişdirlər .
Qeyd edək ki, tədbirə Təşkilatın gələcəkdə daha çox təcrübəyə və yeni perspektivlərə nail olması üçün dünya ölkələrinin nümayəndələri də dəvət olunmuşdular. Eyni zamanda tədbirdə Avropa Cüdo Federasiyasının prezidenti Laslo Totla bərabəbər Ümumdünya Cüdo Federasiyasiyasının prezidenti Marios Vizerdəiştirak edirdi.
Tədbirin əsas məqsədi Avropa Cüdo Federasiyasının yeni prezidentinin seçilməsi və bu sahəyə diqqətin dahada artırılmasından ibarət idi.
Tədbirdə Cüdo idman növünün dahada inkişaf etdirilməsindən, eyni zamanda digər idman növlərinə müqayisədə Olimpiadalarda, müxtəlif yarışlarda və turnirlərdə bu idman növündə qazanılmış uğur və nailiyyətlərdən danışıldı.
Qeyd edək ki, Laslo Totyenidən daha 4 il müddətinə Avropa Cüdo Federasiyasının prezidentiseçildi.
İcraiyyə Komitəsinin iclasında yeni təkliflər irəli sürüldü. İlk dəfə olaraq vitse-prezident vəzifəsinə iki qadın nümayəndə seçildi. Qeyd edək ki, Avropa Cüdo İttifaqı tarixində ilk dəfə olaraq vitse-prezident vəzifələrində iki qadın fəaliyyət göstərəcək.
Rəsmi müzakirələr başa çatdıqdan sonra Azərbaycandan olan nümayəndə heyəti şəhər kənarındakı XVII pilləkən, Böyük pilləkən, Qübbə salonu və Həmyaşıdlar Palatası ilə tanış oldular.
Qeyd edək ki, Avropanın ən qədim qanunvericilik binalarından biri olan Macarıstanın məşhur simvolu və məşhur turistik məkanı olan Parlament binasında olarkən Olimpiya mükafatçısı, parlamentin millət vəkili Szabo Tünde ilə görüşlər keçirilmiş eyni zamanda müxtəlif müzakirələr aparılmışdır.
Görüşdə ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsi eyni zamanda əməkdaşlığın daha da yüksəldilməsinə mühüm təsir göstərəcəyi bir daha vurğulandı.