EN

NASA-dan gizli baza kəşfi -Buz altındakı sirr ortaya çıxdı

NASA Qrenlandiyada apardığı radar taramalarında Soyuq Müharibə dövrünə aid olduğu təxmin edilən "Camp Century" adlı gizli hərbi baza aşkar edib.

Turkustan.az xəbər verir ki, 30 metr buzla örtülmüş bazada nüvə raket sınaqları üçün istifadə edilən tunellərin olduğu qeyd edilib.

NASA alimləri Qrenlandiyada Arktika buzlarının üzərindən keçərkən qeyri-adi məlumatlar toplayıblar.

NASA-nın Gulfstream III təyyarəsinə quraşdırılan radar cihazı buzun altında tərk edilmiş “hərbi baza” aşkar edib.

Soyuq Müharibə dövründə ABŞ Ordusu Mühəndislər Korpusu tərəfindən hərbi baza kimi istifadə edilən bu yer buz örtüyü altında gizlənmiş xarabalıqdır.

"Camp Century" adlanan bu olduqca sirli baza buzun səth qatlarına qazılmış nəhəng tunellər şəbəkəsinə malikdir və təxminən 240 kilometr içəridə yerləşir.

Bu gizli baza 1959-1967-ci illər arasında Arktikadan nüvə raketlərinin buraxılmasının mümkün olub-olmadığını yoxlamaq üçün istifadə edilib.

Daha yeni bir uçuş zamanı əldə edilən radar məlumatları buz və qarın 30 metr altında basdırılmış bir sıra strukturların mövcudluğunu ortaya qoydu.

Bu təbəqə son 56 ildə yığılıb.

Alimlər bu xəritələrdən istifadə edərək, buz təbəqəsi əriyəndə düşərgənin yenidən nə vaxt üzə çıxa biləcəyini proqnozlaşdırmağa çalışırlar. İqlim dəyişikliyi bu ərimə prosesini sürətləndirir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
20
turkustan.az

1Sources