Bu barədə Aktual.az bankın hesabatına istinadən xəbər verir.
EBRD-nin proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-yə nisbətinin ötən ildəki 9,9 % qarşı 2024-cü ilin yekunlarına dair 8,5 % təşkil edəcək.
Bank Azərbaycandakı cari makroiqtisadi mühitə toxunaraq qeyd edir ki, 2024-cü ildə ÜDM-in artım tempi sürətlənib, inflyasiya isə yavaşlayıb. Neft-qaz sektoru "mavi yanacağa” olan güclü tələbat sayəsində artım trayektoriyasına qayıdıb. "İnflyasiya Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qalır", - EBRD qeyd edib.
Bildirilir ki, enerji daşıyıcılarının ixracı və dövlət investisiyaları növbəti illərdə ölkənin ÜDM artımını stimullaşdırmağa davam edəcək.
"Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 3,8 %, 2025-ci ildə isə 2,7 % təşkil edəcək. Proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır", - hesabatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM artımını 4,2 %, 2025-ci ildə isə 3,5 % səviyyəsində proqnozlaşdırır. Orta illik inflyasiya proqnozu müvafiq olaraq 2,7 % və 4,6 % təşkil edir.
Azərbaycan iqtisadiyyatı 2023-cü ildə 1,1 % artıb, orta illik inflyasiya 8,8 % səviyyəsində olub.