EN

Barens dənizinin Rusiya sahillərində sərnişinləri olan gəmi batıb

Barens dənizinin Rusiya sahillərində sərnişinləri olan gəzinti gəmisi batıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə Barent dənizinin Teriberki sahilində qeydə alınıb. Batan gəmidən hər kəs xilas edilərək sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Murmansk vilayətinin Fövqəladə Hallar Nazirliyi noyabrın 27-də kiçik gəmilərin Teriberkaya girişinin məhdudlaşdırılacağı, hava şəraiti ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq edildiyi barədə xəbərdarlıq etdiyi bildirilib.

Chosen
9
2
apa.az

3Sources