Tədbir çərçivəsində şəhidin ailə üzvləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AZQMƏVŞAİB) Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov, təşkilatın üzvləri Nəriman Hacıyev və Şaiq Rüstəmov, həmçinin Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbas Abbaslı, Mahmud Allahverdiyev adına Çullu kənd orta məktəbin müəllim və şagird kollektivi İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət etdilər.
Ziyarət zamanı şəhidin ruhuna dualar oxundu və onun xatirəsi böyük ehtiramla yad edildi. Tədbirdə çıxış edənlər Emin Tahir oğlu İsmayılovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan bəhs edərək, onun adının daim xalqımızın yaddaşında qalacağını vurğuladılar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin! Şəhidlər xalqımızın qürur mənbəyidir və onların xatirəsi hər zaman uca tutulacaqdır.