EN

Dövlət qurumu 14 milyon manatlıq yemək xidməti alır - TENDER

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması ilə bağlı iki tender elan edib.

Agentlik müəssisələri üçün 10 milyonluq yemək xidməti alır - TENDER

FED.az xəbər verir ki, tenderlər üzrə təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış tarixi 24.12.2024-cü il saat 13:00 müəyyən edilib.

Hazır yemək xidməti 4-6 və 7-17 yaş qrupu üzrə nəzərdə tutulub.

İlk tenderin ehtimal olunan qiyməti 9.992.820,47 AZN təşkil edir və müsabiqədə iştirak haqqı 1 500 AZN müəyyən edilib. Sözügedən tender çərçivəsində 112 menyu üzrə yemək xidməti satın alınacaq.

İkinci tenderdə 1 000 AZN iştirak haqqı ödəyərək iştirak etmək mümkündür və ehtimal olunan qiymət 4.036.667,16 AZN təşkil edir. Bu tenderdə isə qurum 56 menyu üzrə yemək xidməti satın alınacaq.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Şaban Məmmədov, Aparıcı mütəxəssis

Email : [email protected]

Əlaqə telefonu : 0124657348

Chosen
12
fed.az

1Sources