AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere ilə “Şamaxı”nın əsas komandasının üzvləri arasında lisenziya tələblərinə uyğun olaraq görüş keçirilib.
"Football-plus.az" xəbər verir ki, görüşdə belçikalı mütəxəssislə birlikdə qurumun Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev də iştirak edib.
Onlar komandanın üzvlərinə qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.