Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub.
Teleqraf.com xəbər verir ki, Kamilə Dadaş-zadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiridir.
K.Dadaşzadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.
O, 2011-ci ildən kafedraya rəhbərlik edir.
K.dadşzadə Konservatoriyanı bitirdikdən sonra uzun müddət Aşıqlar Birliyində çalışıb.
2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.