EN

İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində yaşıl iqtisadiyyata töhfə verən layihələr imzalanıb (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata töhfə verəcəkmühüm layihələr üzrə razılaşmalar imzalanıb, KOB-ların iqlimfəaliyyətində rolu, iqlim üzrə rəqəmsallaşma məsələləri barədəmüzakirələr aparılıb.

Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, COP29-da İqtisadiyyat Nazirliyinin təşkil etdiyitədbirlər çərçivəsində yaşıl iqtisadiyyata töhfə verən layihələrədair mühüm razılaşmalar imzalanıb.

İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyənazirlikləri, eləcə də BYD, “SARDA Group” və “Electrify Azerbaijan”şirkətlərinin nümayəndələri tərəfindən ölkəmizdə elektrik avtobusistehsalının lokallaşdırılması layihəsi üzrə müqavilə imzalanıb.Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrikavtobusların istehsalının qurulması və ehtiyat hissələrininlokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşmasəviyyəsinin 40%-ə çatdırılması nəzərdə tutulur.

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin “DiasBilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti arasında “Depozitİdarəetmə Sistemi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Buəməkdaşlıq Azərbaycanda plastik və şüşə qabların toplanması vəDepozit İdarəetmə Sisteminin təşkilini əhatə edəcək.

AİŞ-lə Böyük Britaniyanın “Carbonbit Technologies” şirkətiarasında karbon texnologiyalarının inkişafı vəkommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə AnlaşmaMemorandumu Azərbaycanda karbon texnologiyalarının inkişafınıhədəfləyir.

Digər Anlaşma Memorandumu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”və bp-nin törəmə şirkəti “Volts” ilə imzalanıb. Sənəd Azərbaycandaenerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstəkverilməsini nəzərdə tutur.

COP29 çərçivəsində AİŞ, “SOCAR Downstream” və “Technip EnergiesItaly S.P.A (TEN)” tərəfindən yaradılmış “Ecostar” MMC-ninnizamnaməsi imzalanıb. “Ecostar” MMC “Alterra” piroliztexnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinədair ön mühəndislik layihələndirməsi həyata keçirəcək və plastiktullantı materiallarından istifadə etməklə piroliz yağı istehsaledəcək.

KOB-ların iqlim fəaliyyətində rolu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsüilə qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrəbirgə səylərin birləşdirilməsi məqsədilə “KOB-ların yaşıl iqlimkeçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalanıb və KOBekosisteminin bütün maraqlı tərəfləri bu Bəyannaməyə qoşulmağadəvət olunublar.

Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və KiçikMüəssisələrə Dəstək Xidməti və KOBİA arasında imzalanmış üçtərəfliəməkdaşlıq bəyannaməsi isə BMT-nin 2030 İnkişaf Gündəliyində qeydedilmiş dayanıqlı və inklüziv iqtisadi inkişafa nail olmaq vəKOB-ların aşağı karbon keçidinin asanlaşdırılması üzrə birgəəməkdaşlığın təşviqini nəzərdə tutur.

İqlim fəaliyyəti rəqəmsallaşma müstəvisində

İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabınınTəhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı və tərəfdaşlığıilə süni intellektin idarəetməyə, ətraf mühitə neqativmüdaxilələrin azaldılmasına, dayanıqlı inkişafa təsirləri, 4-cüSənaye inqilabının iqlim dəyişilmələri kontekstində önəmi, Yersəthinin müşahidəsi barədə məlumatların iqlim problemlərininhəllində rolu mövzularında müzakirələr təşkil edilib, enerjisahəsində fəaliyyət göstərən startaplar, enerji sərfiyyatınınoptimallaşdırılmasında süni intellektin rolu və iqlim sahəsi üzrərəqəmsallaşmanın tətbiqi mövzularında təqdimatlar olub.

İqtisadiyyat
İqtisadiyyat
İqtisadiyyat
Məqalədə:
Chosen
21
7
az.trend.az

8Sources