Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun barəsində təhqiramiz ifadələr işlədən CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğluna reaksiya verib.
Teleqraf.com xəbər verir ki, prezident onun gündəmə gəlmək üçün bu yola əl atdığını deyib.
“Girdiyi bütün seçkiləri uduzmuş bu şəxs şübhəli qurultayla devrilmiş keçmiş siyasətçidir. Məğlub pəhləvan güləşdən doymaz. Qaranlıq ittifaqların arxasınca gedərkən, gündəmə gəlməyin yolunu bizə sataşmaqda görür. Bunu FETÖ-nün onlara verdiyi materiallarla etməyə çalışırlar. Dekabrın 17-25-də milli iradəni müdafiə edərkən, FETÖ-çülərə dəstək üçün necə qaçdığını xatırlayırıq”, - Ərdoğan vurğulayıb.
Müəllif: Mənsur Rəğbətoğlu