EN

Benzia Bakıda fransız jurnalistləri belə susdurdu

UEFA Avropa Liqasının V turunun "Qarabağ" - "Lion" matçı ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, mətbuat konfransına qatılan fransalı jurnalistlər "Qarabağ"ın yarımmüdafiəçisi, vaxtilə "Lion"da çıxış etmiş Yassin Benziaya təxribat xarakterli suallar ünvanlayıblar.

Jurnalistlər əlcəzairli futbolçuya "Qarabağ"dakı çıxışı, klubun adının mənşəyi ilə bağlı suallar veriblər.

Yassin Benzia isə cavabında "Qarabağ" klubunun adının hamı üçün xüsusi məna kəsb etdiyini, futbolçuların isə bu ada layiq çıxış etməyə çalışdıqlarını deyib.

"Qarabağ" klubunun adı hamı üçün xüsusi məna kəsb edir. Biz isə bu ada layiq çıxış etməyə çalışırıq. Adın xüsusi mənasından danışarkən komandanın özünün Qarabağdan, vaxtilə müharibə gedən bölgədən olduğunu nəzərdə tuturdum. Amma məcbur qalıb Bakıda məskunlaşıb. Sözlərimdə heç bir altməna axtarmağa ehtiyac yoxdur! Müdrik məşqçimiz var və işimiz meydana çıxıb oynamaqdır. Biz burada ailə kimiyik. Özümü öz ölkəmdə və öz evimdəki kimi hiss edirəm. Məşqçilərimiz və rəhbərlərimiz bizi də, ailələrimizi də daim diqqətdə saxlayırlar", - deyə Benzia bildirib.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də başlayacaq.

Chosen
16
1
axar.az

2Sources