Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında Avropa Komissiyasının yeni tərkibi səs çoxluğu ilə təsdiq edilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, səsvermədə 688 deputatdan 370-i dəstəkləyici, 282-si isə əleyhinə səs verib, 36 nəfər bitərəf qalıb.
Eyni zamanda Estoniyanın keçmiş Baş naziri Kai Kallas Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə seçilib. Bu dəyişikliklər Avropa İttifaqının növbəti illərdə siyasət prioritetlərini formalaşdıracaq.