EN

Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) noyabrın 29-da tutduğu postu portuqaliyalı siyasətçi Antonio Kostaya (Antonio Costa) təhvil verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Antonio Kosta vəzifəsinin icrasına isə rəsmi olaraq dekabrın 1-də başlayacaq.

Xatırladaq ki, belçikalı siyasətçi Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasının prezidenti postunu tutur.

Chosen
11
2
interpress.az

3Sources