EN

Ukrayna XİN-in eks rəhbəri: Rusiya Trampın üzündən Poltavaya qədər gələcək

Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyev və Moskva arasında sülh sazişi bağlamağa çalışması nəticəsində Rusiya Silahlı Qüvvələri Poltava, Dnepropetrovsk və Zaporojye şəhərlərinin yaxınlığına qədər gələ bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna XİN-in keçmiş rəhbəri Dmitri Kuleba Politico-ya müsahibəsində deyib.

Kuleba bildirib ki, əgər Tramp Ukraynanı "artilleriya pəhrizinə" oturdub, Ukrayna hərbi qüvvələrinin silah və sursatla təchizinə davam etməyəcəksə, cəbhə xətti Donbasda dağılacaq və ruslar Dnepropetrovsk, Poltava və Zaporojye qapılarına qədər irəliləyəcəklər. O, bunun Ukrayna üçün münaqişədə ən təhlükəli an olacağını düşünür.

Həmçinin, Kuleba qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin əraziləri güzəştə getməyi, Krımı Rusiya üçün saxlayıb, ölkəsinin NATO-ya üzvlüyünü rədd etməyi əhatə edən bir saziş imzalaması onun siyasi sonu olacaq.

Kuleba əlavə edib ki, Trampın münaqişəni sona çatdırmaq vədini yerinə yetirməsi çətin olacaq, çünki Vladimir Putin buna razılıq verməyəcək.

Alpər
Chosen
22
qaynarinfo.az

1Sources