EN

Kimlər xaş yeyə bilməz?

Havanın temperaturu düşən zaman bəzi yemək növlərinə tələbat artır.

Bunlardan biri kəllə-paça, yəni “xaş”dır. 

Qida mütəxəssisi Ağa Salamov Hit.az-a deyib ki, xaşın insan orqanizminə mənfi təsirləri az deyil:  

"Bu yeməyi istehlak etməkdə heç bir ziyan yoxdur. Tam ütülərək, təmizlənib, bişirilən xaşın tərkibində ziyanlı maddə qalmır. Xaşın kalori dəyəri yüksək olsa da, yanında servis edilən sirkə tarazlığı təmin edir. Eyni zamanda,  xolesterini gündəmə gətirirlər. Bilmək lazımdır ki, xolesterinlər faydalı və zərərli olmaqla iki yerə bölünür. Zərərli xolesterinləri yaradan xaş, quyruq, kərə yağı və başqa heyvan mənşəli ət-yağ məhsulları deyil. Qanda pis xolesterinləri şəkər yaradır. Xaş ağırlıq yarada və kökəlməyə səbəb ola bilər. Xaşı yedikdən sonra fiziki aktivlik əsas şərtdir. Ürək, qan-damar sistemi və bu kimi digər xəstəliklərdən əziyyət çəkənlər isə həkim məsləhəti olmadan istehlak etməməlidirlər”.

Sevinc
 

Chosen
19
hit.az

1Sources