EN

Lalə Şövkət siyasətə qayıdır? - AÇIQLAMA

Mətbuatda sabiq dövlət katibi Lalə Şövkətin ötən il buraxılmış Liberal Partiyasını bərpa edəcəyi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, bununla bağlı bəzi hazırlıqlara start verilib.

 

Modern.az məsələni dəqiqləşdirmək üçün Lalə Şövkətin oğlu Sidqi Şövkətlə əlaqə saxlayıb.

 

O, saytımıza açıqlamasında bildirib ki, Lalə Şövkətin Liberal Partiyasını bərpa edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Xatırladaq ki, Lalə Şövkət 1993-94-cü illərdə Azərbaycanın dövlət katibi olub. İstefa verdikdən sonra Liberal Partiyasını yaradıb. Azərbaycan Liberal Partiyası ötən il fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.

Chosen
7
modern.az

1Sources