EN

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Noyabrın 27-də Mərkəzi Seçki Komissiyasının iclasında bu barədə məlumat verilib.

2024-cü il oktyabrın 18-də Milli Məclis "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.

Noyabrın 25-də isə Prezident İlham Əliyev qanunu təsdiqləyib.

Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.

Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İndiyədək həmişə bu seçkilər dekabrda olub.

Bəzi ekspertlər Bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.
Chosen
23
arqument.az

1Sources