EN

Bu məşhur yapon maşınından bir gündə 5 dünya REKORDU

Ginnesin Rekordlar Kitabına insanların, heyvanların, sənət əsərlərinin, eləcə də texnologiyanın nailiyyətləri daxildir.

Avtosfer.az-ın xarici Kİv-ə istinadla məlumatına görə, Yaponiyanın məşhur avtomobil şirkəti “Mitsubishi” də oxşar nailiyyətləri ilə seçilib. Məhsulları ilə diqqəti cəlb etmək istəyən istehsalçı bir anda 5 dünya rekorduna imza atıb.

Şirkətin bir neçə avtomobili cəmi bir gündə beş dünya rekordu vurub

Təbii ki, nailiyyət Ginnesin Rekordlar Kitabında qeydə alınıb.

“Mitsubishi” mühəndisləri qış sürmə şəraitində avtomobillərinin nəyə qadir olduğunu dünyaya göstərmək qərarına gəliblər.

Rekordlar tam ötürücülü Outlander və Outlander Sport modellərinin iştirakı ilə Kanadadakı Ghost Lake buzu üzərində qeydə alınıb.

Cəmi 24 saat ərzində sürücülər göstəriblər:

• 30 saniyə ərzində əks istiqamətdə qət edilə bilən maksimum məsafə – 300 metr;

• buz üzərində ən qısa əyləc məsafəsi – 56,2 metr;

• buz üzərində 2 dəqiqə ərzində yerinə yetirilən maksimum “səkkizlik” sayı – 3 ədəd;

• buzda ən sürətli slalom – 71 saniyə;

• buz üzərində kvadrat keçməyin ən sürətli yolu 19 saniyə.

Bu nailiyyətləri nəzərə alsaq, əminliklə deyə bilərik ki, avtomobil istehsalçısı qlobal avtomobil bazarında lider olmaq hüququnu bir daha sübut etdi.

(lent.az)

Chosen
23
avtosfer.az

1Sources