EN

Almaniya Rusiya kanalının Berlin ofisini bağlayır

Almaniya hökuməti Rusiyanın Birinci kanalının Berlin ofisini bağlamaq qərarı verib.

Axar.az xəbər verir ki, bu barədə Birinci kanaldan məlumat verilib.

Qərara əsasən, kanalın Berlin ofisindəki reportyoru və operatoru bu ilin dekabrın ortalarına kimi Almaniyanı tərk etməlidir.

Almaniya tərəfi hesab edir ki, kanalın fəaliyyəti Almaniya və AB-nin təhlükəsizliyinə və ictimai asayişinə əhəmiyyətli təhlükə yaradır.

Chosen
16
1
axar.az

2Sources