EN

Duda Azərbaycanla sərhədə getdi - Rəsmi Bakıdan reaksiya

“Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında sərhəd bölgəsinə səfəri təəssüf ki, Aİ-yə üzv müxtəlif ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin daha bir nümayişidir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında etdiyi paylaşımda qeyd olunub.

“Azərbaycanın rəsmi olaraq “strateji tərəfdaşı” olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousunda” iştirak etməsindən dərin təəssüf hissi keçiririk”, - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, Azərbaycan rəsmilərini Polşanın Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinə göndərilən çoxsaylı mesajlarına baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib: “Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”. 

Xatırladaq ki, A.Duda Ermənistanda rəsmi səfərdədir. 

Chosen
8
10
operativmm.az

10Sources