EN

Dilan-Engin Polat cütlüyünə yeni həbs şoku - VİDEO

Qara pul, qeyri-qanuni mərc oynama və təşkilat yaratma ittihamları ilə mühakimə olunan Dilan və Engin Polat haqqında "vergi qanununu pozma" cinayəti ilə ittiham aktı hazırlanıb.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. İddianamədə Polatlar üçün 40 ilə qədər həbs istənir. Sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat sərbəst buraxılsa da, cütlük mühakimə olunduğu vergi cinayəti istintaqı səbəbilə yenidən həbsxanaya göndərilib. İstanbul Anadolu Respublika Baş Prokurorluğu Polat ailəsinə aid şirkətlərlə bağlı araşdırmasını başa çatdırıb. İstintaq nəticəsində hazırlanan ittihamnamədə yer alan ekspertiza rəyində Polatlara məxsus 15 şirkətin dövlətə vurduğu zərərin 510 milyon lirə olduğu müəyyən edilib. Sezgin Polat üçün 32 ilə qədər, şübhəli Əhməd Gün üçün 40 ilə qədər, şübhəlilər Kürşat Polat və Tolunay Topal üçün isə 8 ilə qədər həbs cəzası istənilib. Məhkəmənin ittiham aktına baxışı davam edir. İddianamə qəbul olunarsa, Polatlar məhkəməsinə başlayacaq. Əgər onların günahı sübuta yetirilərsə, azadlığa buraxıldıqları həbsxanaya qayıda bilərlər.
 
 
 

 

Chosen
8
manset.az

1Sources