EN

Azərbaycan XİN-dən Polşa prezidentinin təxribatına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Dudanın sərhədə gedərək Avropa İttifaqının müşahidə missiyasının heyəti ilə görüşməsinə münasibət bildirib.

"Cebheinfo.az" xəbər verir ki, XİN-in “X” platformasındakı paylaşımında bildirilib ki, Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd ərazisinə səfəri müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa institutlarının Azərbaycan əleyhinə siyasətinin bir daha nümayişidir:

“Rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan yolverilməz diplomatik “binokl şousu”na qatılmasını dərin təəssüf hissi ilə qarşılayırıq.

Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdikləri çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu provokativ addımdan çəkinmədi”.

XİN-in paylaşımında qeyd edilib ki, Azərbaycan bu dost olmayan addıma qarşı lazımi diplomatik tədbirləri görmək hüququnu saxlayır.

"Cebheinfo.az"

Chosen
14
6
cebheinfo.az

10Sources