EN

Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputat danışdı: "Əmri mən vermirəm..."

Milli Məclisin deputatı Samir Vəliyev əmisi qızı Samirə Vəliyevanı Odlar Yurdu Universitetinin Magistratura və MBA şöbəsinin müdiri  vəzifəsindən azad etməsi, həmin vəzifəyə həyat yoldaşı Nərminə Vəliyevanın gətirməsinə görə tənqid edilməsinə münasibət bildirib. 

 
S.Vəliyev Pravda.az-a açıqlamasında deyib ki, universitetlə bağlı əmrləri vermək onun səlahiyyətləri xaricindədir.
 
“Universitetdə rektor var, əmri də o verir. Baş vermiş hansısa struktur dəyişikliyi rotasiya xarakteri daşıyır, burada başqa nə məsələ ola bilər ki? Təbii ki, Samirə xanım yeni vəzifəyə təyin olunub. Kafedra müdirinin müavinidir”. 
 
Deputat  son vaxtlar Odlar Yurdu Universitetinin  rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevin  səhhətində problem yarandığı üçün universitetə nəzarətin Samir Vəliyevin özü tərəfindən həyata keçirilməsinə də aydınlıq gətirib: “Xeyr, yalan söhbətdir, elə bir məsələ də yoxdur”. 
 

 
Chosen
17
3
yenilik.az

4Sources