Rusiya Ukrayna ilə 630 əsirin növbəti mübadiləsini həyata keçirməyə və sonrakı mübadilələrin hazırlanmasına başlamağa hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova brifinqdə bildirib.
"Biz konstruktiv dialoqda maraqlıyıq, əsirlərin tezliklə evlərinə qayıtmasına yönəlmişik və indi 630 hərbi qulluqçu mübadiləsini həyata keçirməyə, eyni zamanda növbəti mübadilələrin hazırlanması üçün təşkilati tədbirlərə başlamağa hazırıq", - o qeyd edib.