Bundesver Litvada DHL təyyarəsinin qəzaya uğramasında Rusiyanı günahlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Bundesverin baş müfəttişi Karsten Breuer danışıb.
O, Litvada DHL yük təyyarəsinin qəzaya uğramasının Rusiya tərəfindən zəif nöqtələri müəyyən etmək üçün bir növ sınaq olduğunu deyib.
Qeyd edək ki, DHL-in Boeing 737-800 təyyarəsi ötən bazar ertəsi Vilnüs hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə dörd nəfər - iki pilot və iki sərnişin olub. Qəza nəticəsində bir nəfər ölüb. Təyyarə yaşayış binasının yaxınlığında qəzaya uğrayıb.
Firuzə Əliyeva