EN

“Beşiktaş”ın prezidenti istefa verdi

Türkiyənin “Beşiktaş” klubunda radikal dəyişikliklər İstanbul nəhənginin prezidentindən də yan keçməyib. 

Fanat.Az xəbər verir ki, bu barədə “Hurriyet” nəşri məlumat yayıb.

Futbol üzrə koordinator Samet Aybaba, İdarə Heyətinin müşaviri Bredli Hovard Fridel və klubun mətbuat xidmətinin rəhbəri Okay Karacanın ardından, Hasan Arat da istefa verib.

Növbəti seçkiyə kimi onu Hüseyin Yücel əvəzləyəcək.
 

Chosen
10
fanat.az

1Sources